Yüzdən artıq məhbus mühafizənin dəfnə getməyindən istifadə edib qaçdı

03.01.2020 Off By admin

Konqo Demokratik Respublikasında yüzdən artıq məhbus mühafizənin olmamağından istifadə edərək həbsxanadan qaça bilib.

“Actualite” portalının məlumatına əsasən, yanvarın 1-də məhbusların biri aclıqdan ölüb. Binanı qoruyan üç polis və bir neçə məhbus onu dəfn etməyə yollanıb.

Həbsxananın digər sakinləri mühafizənin olmamağından istifadə edərək qaçıblar. Onlar həbsxananın qapısından çıxıb və Kabinda şəhərinə gediblər.

Nəşrin mənbəyinin verdiyi məlumata görə, ümumilikdə 105 nəfər, yəni məhbusların yarıdan çoxu qaçıb. Hazırda onlardan altısını tutmaq mümkün olub. Qeyd edək ki, azadlıqda qalanların arasında yerli medianın “Massacre Kibamb” adlandırdığı xüsusi təhlükəli quldur da var.

Xəbəri paylaş: