Yunanıstan minlərlə suriyalı qaçqını ölkəyə buraxmayıb

01.03.2020 Off By admin

Yunanıstan Türkiyədən keçməklə oraya üz tutan minlərlə suriyalı qaçqını sərhəddən buraxmayıb. Yunanıstan hökumətinin təmsilçisi Stelios Petsas ölkəyə qeyri – qanuni yolla daxil olmaq istəyən miqrantların qarşısının alındığını bildirib. Qeyd olunur ki, yunan polisi ilə qaçqınlar arasında qarşıdurma və münaqişələr baş verir.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə sərhədlərini Avropa İttifaqı istiqamətində açacağı barədə məlumat verib. O bildirib ki, ölkə artıq miqrant axınına tab gətirə bilmir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Xəbəri paylaş: