Yeniyetmə cüdoçular arasında açıq Bakı birinciliyi davam edir

13.12.2019 Off By admin

Fövqəladə Hallar Nazirliyinin Hövsanda yerləşən İdman Mərkəzində yeniyetmə cüdoçular arasında açıq Bakı birinciliyi davam edir.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC-a bildiriblər ki, yarışın ikinci günündə Aydan Vəliyeva (40 kq), Zeynəb Məmmədova (52 kq), Sahib Babayev (50 kq), Elnur Qasımov (66 kq) və Vüsal Qazıxanov (90 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar.

Paytaxt birinciliyinin qalib və mükafatçılarına Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin medal və diplomları təqdim olunub.

Birincilikdə 54 klubdan 576 yeniyetmə cüdoçu mübarizə aparır.

Yarışa dekabrın 13-də yekun vurulacaq.

Xəbəri paylaş: