Yəməndə hərbi düşərgəyə hücum nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb

19.01.2020 Off By admin

“Ənsar Allah” hərəkatının (husilər) qüvvələri tərəfindən Yəmən ordusunun təlim düşərgəsinə atılmış raket zərbələri nəticəsində 100 hərbçi ölüb.

APA xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı Yəmən XİN-ə istinadən məlumat yayıb.

Bundan əvvəl 80 nəfərin öldüyü, 150 nəfərin yaralandığı deyilirdi. Məlumata görə, husilərin hədəfi Yəmən ordusunun 4-cü alayının təlim düşərgəsi ərazisində yerləşən məscid olub.

Xəbəri paylaş: