
Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli adlandırılması təsdiqləndi
25.11.2020Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Hakimiyyet.com bildirir ki, Qanunla Azərbaycan Respublikasının Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsi tərkibindəki Tsakuri kəndi Hünərli kəndi adlandırılır.