Latviyada “Xocalı soyqırımı” anıldı

Latviyada “Xocalı soyqırımı” anıldı

24.02.2020 Off By admin

Latviyada Azərbaycan səfirliyinin təşkilatçılığı ilə “Xocalı soyqırımı”na həsr edilmiş tədbir keçirilmişdir. Azərbaycanın Riqadakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov tədbirdə iştirak edən yerli və xarici ölkə nümayəndələrinə Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın Xocalı şəhərində yaşayan dinc əhalisinə silahlı hücum zamanı törədilən vəhşilklərdən danışaraq geniş məlumat verdi.

Səfir bir daha vurğuladı ki, Xocalı qətliamı bəşəriyyətə Azərbaycan xalqına qarşı soyqırımı kimi tanıdılmalıdır.  Bununla yanaşı erməni faşizminin bütün bəşəriyyət üçün təhlükə olduğunu dünyanın bilməsinin bir daha vacibliyini vurğulayan səfir Cavanşir Axundov tədbirdə iştirak edən yerli və xarici ölkə nümayəndələrinə tədbirdə iştirak və Azərbaycanın dərdinə şərik olduqlarına görə minnətdarlığını bildirdi.

Tural Rzazadə,

HAKİMİYYƏT” qəzetinin xüsusi müxbiri

Xəbəri paylaş: