XİN: Azərbaycan qardaş Türkiyəyə hər cür yardım göstərməyə hazırdır

25.01.2020 Off By admin

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə başsağlığı verib.

AZƏRTAC xəbər verir ki, XİN bu barədə məlumatı rəsmi “Twitter” səhifəsində yayıb.

Məlumatda deyilir: “Qardaş Türkiyədə baş vermiş zəlzələdə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralılara Allahdan şəfa diləyirik. Azərbaycan qardaş Türkiyə xalqının kədərini bölüşür, hər zaman onunla birlikdədir və hər cür yardım göstərməyə hazırdır”.

Xəbəri paylaş: