«Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilib

«Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilib

25.11.2020 Выкл. Автор admin

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı»nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb

Hakimiyyet.com AZƏRTAC-a istinadən bildirir ki, fərmanla Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı»nın 2.3-cü bəndindən «, Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın Katibliyinin» sözləri çıxarılır.