Xaçmazda iki evdə yanğın baş verib

Xaçmazda iki evdə yanğın baş verib

25.11.2020 Выкл. Автор admin

Xaçmazda iki evdə yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Xaçmaz rayonunda bir dam altında tikilən və ümumi sahəsi 1200 kvadratmetr olan birmərtəbəli evlərdən birində yanğın olub. Yanğın nəticəsində hər iki evin dam örtüyü və birinin otağı yanıb.

Hər iki evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.