Xəstə uşaqları məktəbə aparmayın – Koronavirusla bağlı qərargahdan çağırış

28.02.2020 Off By admin

Xəstə uşaq olarsa məktəbə buraxmaq lazım deyil.

Hakimiyyet.com Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin yanında operativ qərargahın keçirdiyi brifinqdə Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

C.İsayev qeyd edib ki, xəstə uşaqların məktəbə aparılmaması hər hansı virusun yayılmasının qarşısının alınmasında mühüm rol oynayır: “Bu, təkcə koronavirusla bağlı deyil, ümumiyyətlə respirator xəstəliklərinin qarşısının alınmasında xəstə uşaqların məktəbə aparılmaması tövsiyə olunur”.

Xəbəri paylaş: