Vladimir Zelenski: Ukrayna hökuməti SOCAR ilə birgə layihələr həyata keçirəcək

31.01.2020 Off By admin

Ukrayna hökuməti SOCAR ilə birgə neft və qaz nəqli sahəsində layihələr həyata keçirəcək.

AZƏRTAC Ukrayna Prezidentinin rəsmi saytına istinadla xəbər verir ki, bu fikri SOCAR prezidenti Rövnəq Abdullayevlə görüşündə Prezident Vladimir Zelenski söyləyib.

Görüşdə tərəflər Ukraynanın qaz nəqliyyatı sahəsinə sərmayə imkanlarını müzakirə ediblər.

V.Zelenski ötən ilin dekabrında Azərbaycana səfəri zamanı Ukraynada SOCAR-ın işi haqqında əldə olunmuş razılaşmaların reallaşdırılmasının əhəmiyyətini qeyd edib.

Görüşdə SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov və Ukrayna nümayəndəliyinin rəhbəri Elçin Məmmədov da iştirak ediblər.

Xəbəri paylaş: