Vilayət Eyvazovdan yeni təyinat

28.02.2020 Off By admin

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub.

Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polis mayoru Qara Abdullayev Nəsimi Rayon Dövlət Yol Polisi (DYP) şöbəsinin rəisi vəzifəsinə gətirilib.

Qeyd edək ki, bir müddət əvvəl Nəsimi Rayon DYP-nin şöbəsinin rəisi, polis polkovnik-leytenantı Qəhrəman Qələndərov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumatı saytımıza təsdiq edib.

Xəbəri paylaş: