Vilayət Eyvazov “Bandotdel”in rəis müavinini işdən çıxardı

12.01.2020 Off By admin

Daxili işlər orqanlarında kadr dəyişikliyi həyata keçirilib.

Hakimiyyet.com bildirir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, polis polkovniki Teyyub Müseyibovun tutduğu vəzifədən azad edilməsi barədə əmr imzalayıb.

Polkovnik yaş həddinə görə təqaüdə göndərilib.

T. Müseyibov bu vəzifəyə 2014-cü ildə təyin olunub.

Ona qədər isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində məxfi şöbənin rəisi vəzifəsində çalışıb.

Xəbəri paylaş: