Vasif Talıbov dövlət büdcəsini təsdiqləyib

23.12.2019 Off By admin

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2020-ci ilin dövlət büdcəsinin tətbiq edilməsi haqqında Fərman imzalayıb.

APA-nın məlumatına görə, Fərmanda bildirilir ki, dekabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci çağırış onbirinci sessiyası keçirilib. Həmin sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsi də təsdiq olunub.

Naxçıvan Muxtar Respublikasının 2020-ci il dövlət büdcəsinin gəlirləri 113 milyon 200 min manat, xərcləri 482 milyon 90 min manat, gəlir və xərcləri tənzimləmək üçün ayrılan dotasiya 368 milyon 890 min manat məbləğində təsdiq edilib.

Xəbəri paylaş: