Ukrayna Türkiyəyə başsağlığı verib və onu Suriyada zorakılığı dərhal dayandırmağa çağırıb

28.02.2020 Off By admin

Ukrayna Xarici İşlər Nazirliyi İdlibdə vəziyyətin kəskin pisləşməsi ilə əlaqədar narahatlığını ifadə edib.

AZƏRTAC Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Ukrayna XIN hərbi qulluqçularını və mülki şəxslərini itirmiş Türkiyəyə başsağlığı verib.

Ukrayna, həmçinin NATO və dünya birliyi ilə həmrəylik nümayiş etdirərək, zorakılığı dərhal dayandırmağa və Suriya məsələsinin nizamlanması çərçivəsində əldə olunmuş ilkin razılaşmaları yerinə yetirməyə çağırıb.

Qeyd edək ki, Suriya təyyarələri Türkiyə Silahlı Qüvvələrinin bu ölkədəki mövqelərinə zərbələr endirib. Nəticədə 33 türk hərbi qulluqçusu həlak olub, 32 nəfər yaralanıb. Türkiyə İdlibdə türk hərbçilərinin öldürülməsinə cavab olaraq NATO-nun fövqəladə iclasını çağırıb.

Xəbəri paylaş: