UFAZ-da keyfiyyət göstəricisi 90 faizdən çoxdur

06.02.2020 Off By admin

UFAZ çox uğurlu bir layihədir. Bu il 129 Azərbaycan gənci UFAZ-ın bakalavr pilləsini bitirəcək.

AZƏRTAC xəbər verir ki, bunu fevralın 6-da UFAZ-da keçirilən mətbuat konfransında Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev deyib. O bildirib ki, UFAZ-a ilk dəfə qəbul 2016-cı ildə aparılıb və 141 tələbə bakalavr pilləsi üzrə qəbul olunub. UFAZ-ın ilk bakalavr buraxılışı göstərir ki, burada keyfiyyət göstəricisi 90 faizdən çoxdur.

Xəbəri paylaş: