Uduzan məşhur idmançı hamının gözü qarşısında atasını söydü – FOTO/VİDEO

08.01.2020 Off By admin

Almaniyalı tennisçi Aleksandr Zverev, ATP Kuboku matçında Stefanos Tsitsipas ilə uğursuz oyun zamanı özünü idarə edə bilmədiyi üçün hirsini hamının gözü qarşısında atasından çıxıb.

22 yaşlı idmançı məğlub oluğundan qəzəblənərək, günahı atası və məşqçi Aleksandr Zverevin (böyük) üzərinə yıxıb.

Nalayiq və qeyri-etik jarqon ifadələrdən istifadə edən tennisçi atasını söyərək, biabır edib. Mübahisə zamanı üzərində mikrofonun açıq olduğundan bixəbər olan Aleksandrın işlətdiyi təhqirlər birbaşa olaraq canlı efirə yayımlanıb. Atanın oğlunun bu reaksiyasından pis olaraq gözlərinin yaşarması diqqətdən yayınmayıb.

Hərçənd məşhur idmançının rus dilində jarqon sözlərdən istifadə etməsi stadionda olanlar tərəfindən anlaşılmasa da, Rusiyadan olan tennis pərəstişkarları eşitdiklərindən xoşhal olmayıblar. Tennisçinin aqressiv davranışlarla müşahidə olunan videogörüntüləri sosial şəbəkələrə yayılaraq, müzakirə predmetinə çevrilib. Aleksandrın pərəştişkarları sözügedən olayı izlədikdən sonra ona olan sevgilərinin azaldığını yazaraq, etiraz ediblər.

Xəbəri paylaş: