Türkiyənin Ukraynadakı səfiri: Azərbaycan digər ölkələr üçün örnək ola biləcək islahatlar həyata keçirir

Türkiyənin Ukraynadakı səfiri: Azərbaycan digər ölkələr üçün örnək ola biləcək islahatlar həyata keçirir

05.12.2019 Off By admin

Güclü iqtisadiyyata və siyasi proseslərdə böyük rola malik olan Azərbaycanda son vaxtlar ciddi islahatlar həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi bu islahatlar yüksək qiymətə layiqdir.

Bu fikirləri  Türkiyənin Ukraynadakı səfiri Yağmur Əhməd Güldərə söyləyib.

Səfir bildirib ki, Azərbaycan digər ölkələr üçün örnək ola biləcək siyasi, iqtisadi və kadr islahatları həyata keçirir. “Türkiyə olaraq biz bu yolda Azərbaycana uğurlar arzulayırıq və inanırıq ki, bu islahatlar Azərbaycanın daha da güclənməsinə öz töhfəsini verəcək”, – deyə səfir əlavə edib.

Diplomat vurğulayıb ki, Türkiyə Azərbaycanın regionda daha da güclənməsində maraqlıdır. “Biz istəyirik ki, Azərbaycanın mövqeləri bütün dünyada daha da güclənsin”, – deyə o bildirib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Xəbəri paylaş: