Türkiyəli siyasətçi Volkan Bozkır BMT Baş Assambleyasının Prezidenti vəzifəsini icra edəcək

01.03.2020 Off By admin

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin rəhbəri, səfir Volkan Bozkır BMT Baş Assambleyasının Prezidenti vəzifəsini bir il icra edəcək.

APA-nın yerli bürosunun Türkiyə Xarici İşlər Nazirliyinə istinadla verdiyi xəbərə görə, Türkiyə dövlətinin 2019-cu il iyunun 12-də BMT Baş Assambleyasının Prezidenti vəzifəsini icra etməsilə bağlı Volkan Bozkırın namizədliyini irəli sürüb.

Bu müraciət fevralın 27-də təsqdilənib.

Qeyd edək ki,  BMT Baş Assambleyasının Prezidenti vəzifəsi bu beynəlxalq təşkilatda ən nüfuzlu vəzifələrdən biridir. Volkan Bozkır bu il sentyabrın 15-də vəzifəsinə rəsmən başlayacaq və Türkiyəli siyasətçi BMT Baş Assambleyasının 75-ci sessiyasına rəhbərlik edəcək.

Xəbəri paylaş: