Türkiyədə zəlzələ olub

24.02.2020 Off By admin

Türkiyənin Manisa vilayətinin Akhisar rayonunda 4,8 bal gücündə zəlzələ baş verib.

“Anadolu Ajansı”ın yaydığı məlumata görə, yeraltı təkanın yerli vaxtla 05:43-də baş verdiyi bildirilir.

Episentri yerin 7 kilometr dərinliyində baş verən zəlzələ zamanı dağıntıların və tələfatın olmadığı qeyd edilib.

Qeyd edək ki, ötən gün yerli vaxtla 15:40-da Akhisar rayonunun Karabörklü məhəlləsində 4,5 bal gücündə zəlzələ baş verib.

Xəbəri paylaş: