Türkiyə və ABŞ prezidentləri İdlib məsələsini müzakirə ediblər

28.02.2020 Off By admin

Fevralın 28-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, telefon danışığı zamanı ikitərəfli məsələlərlə yanaşı, İdlibdəki son hadisələr də müzakirə edilib.

Prezident Donald Tramp İdlibdə türk əsgərlərinə qarşı hücumu qınayıb və ABŞ-ın Türkiyənin Suriyanın şimal-qərbində sabitliyin yaradılması ilə bağlı səylərini dəstəklədiyini qeyd edib.

Xəbəri paylaş: