Türkiyə Prezidenti: TANAP-ın ötürücülük qabiliyyətinin ildə 31 milyard kubmetrə çatdırılması planlaşdırılır

09.01.2020 Off By admin

Qarşıdakı illərdə TANAP-ın ötürücülük qabiliyyətini əvvəlcə illik 24 milyard kubmetrə, daha sonra da 31 milyard kubmetrə çatdırmağı planlaşdırırıq.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 8-də İstanbulda “Türk axını” təbii qaz boru kəmərinin açılış mərasimindəki çıxışında deyib.

“Bir ay əvvəl bölgəmizin ən strateji boru kəmərlərindən biri olan TANAP-ı əziz qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevlə birgə istifadəyə verdik. “Enerjinin İpək Yolu” adlandırılan TANAP-la ilkin mərhələdə ildə 16 milyard kubmetr Azərbaycan təbii qazı Türkiyə və Avropa istehlakçılarına çatdırılacaq”, – deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

Xəbəri paylaş: