Türk qırıcılarından İRİMİQYASLI HÜCUM

28.02.2020 Off By admin

 

İdlibdə türkiyəli hərbçilərin həlak olmasından sonra Türkiyə qırıcıları Suriya ordusuna qarşı irimiqyaslı əməliyyatlara başlayıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin “A haber” televiziyası məlumat yayıb. Qırıcıların Suriya istiqamətində uçduğuna dair videogörüntülər də yayılıb. İddialara görə, qırıcılar Suriya ordusunun Latakiyə, Həma, İdlib vilayətindəki bütün hədəflərinə zərbələr endirir. Bəzi mənbələr Rusiyanın Suriyadakı Hmeymin hərbi bazasının da silahlı qruplar tərəfindən şiddətli raket atəşinə tutulduğu barədə məlumatlar yayıb.

Qeyd edək ki, İdlibdə Suriya ordusunun hücumu nəticəsində azı 29 türkiyəli hərbçi həlak olub.

Anar Türkeş

Xəbəri paylaş: