Türk ordusu 29 şəhid verdi, Ərdoğan təcili toplantı keçirir

28.02.2020 Off By admin

Suriyanın İdlib vilayətində Türkiyə ordusunun şəhid sayı 29-a yüksəlib.

Hakimiyyet.com bildirir ki, bunu Hatay valisi Rahmi Doğan canlı yayımda açıqlayıb.

Bildirilib ki, əsgərlər Bəşər Əsəd qüvvələrinin hava hücumu nəticəsində həlak olublar. Rahmi Doğanun sözlərinə görə, ağır yaralanan hərbçilər də var və onalr Türkiyə ərazisinə gətirilib, müalicə olunurlar.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada təcili toplantı keçirir. İclasda Müdafiə naziri Hulusi Akar, Milli Təhlükəsizlik Təşkilatının rəhbəri Hakan Fidan və Xarici işlər naziri Mövlud Çavuşoğlu iştirak edir.

Xəbəri paylaş: