Türk oğlanlara ərə getmək istəyən rus qızlarına – Səfirin tövsiyəsi

07.02.2020 Off By admin

Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov Türkiyə vətəndaşları ilə evlənmək istəyən rus qızlarına tövsiyələrini verib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı RİA Novosti agentliyi yayıb.

Səfir əvvəlcə bu ölkədə milli-mədəni və dini xüsusiyyətlərlə tanış olmağı məsləhət görüb.

O, qeyd edib ki, türk ailəsinin təfəkkürü və həyat tərzi Rusiyadakı ailə nizamından bir qədər fərqlidir, buna görə də yeni yaşayış şərtlərinə “uyğunlaşmaq” qabiliyyətinizi düzgün qiymətləndirmək lazımdır.

Onun sözlərinə görə, ən azı Türkiyə qanunlarında əcnəbilərlə evlənmək üçün mövcud prosedurlar barədə ümumi bir fikrin olması yaxşı olardı.

Babək Göyüş

KONKRET.az

Xəbəri paylaş: