Türk futbolçu yanvarda “Barselona”ya keçə bilər

10.12.2019 Off By admin

taliya A seriyasında çıxış edən “Yuventus” klubunun türk futbolçusu Merih Demiralın adı “Barselona” ilə hallanır.

“Spor Arena” xəbər verir ki, Turin klubunun “Barselona”dan İvan Rakitiçi transfer etmək istəməsi Merih Demiralın katalon klubuna keçidinə səbəb ola bilər.

Məlumata görə, İvan Rakitiçi yanvar ayında heyətinə cəlb etmək istəyən “Yuventus” Merih Demiral və ya Ruqanini “Barselona”ya təklif edib.

Jerar Pikenin yaşının çox olması səbəbilə gənc və uzun müddət çıxış edə biləcək bir müdafiəçiyə ehtiyacı olan “Barselona”nın italyanların təklifinə müsbət baxdığı qeyd olunur.

Xəbəri paylaş: