Tramp “Parazitlər”in “Oskar”dakı qələbəsini tənqid etdi

21.02.2020 Off By admin

ABŞ prezidenti Donald Tramp Cənubi Koreyalı rejissor Pon Joon Honun “Parazitlər” filminə “Oskar” təqdim edilməsini şərh edib.

Bu barədə məlumatı “Fox News” nəşri yayıb.

Ağ Ev rəhbəri “Ən yaxşı film” nominasiyasında Cənubi Koreyanın qələbəsini tənqid edib. O, Koloradoda keçirilən mitinq zamanı müvafiq bəyanatla çıxış edib.

“Cənubi Koreya ilə ticarət sahəsində kifayət qədər problemimiz var və burada onlara ilin ən yaxşı filmi üçün mükafat verirlər. Bu yaxşıdır? <…> Bu, əvvəllər də olub?”, Tramp deyib.

O, həmçinin Akademiyanın bu qərarını “dəhşətli mükafat” adlandırıb və 1940-cı ildə “İlin ən yaxşı filmi” nominasiyasında Oskar mükafatını alan “Küləklə getdi” filminin geri qaytarılmasını da təklif edib.

Babək Göyüş

KONKRET.az

Xəbəri paylaş: