Tramp dövlət katibi vəzifəsinə Pompeonun əvəzinə adam axtarır

27.12.2019 Off By admin

ABŞ Prezidenti Donald Tramp ABŞ-ın dövlət katibi Mayk Pompeonun  vəzifəsini tərk edəcəyi təqdirdə dövlət katibi vəzifəsinə namizəd axtarır.

“The Washington Post” xəbər verir ki, Pompeo böyük ehtimalla Kanzas ştatından Senat seçkilərində iştirak etmək üçün vəzifəsindən gedə bilər.

Bildirilir ki, Pompeo hələ son qərarını verməyib. Lakin Tramp onun əvəzinə namizədləri nəzərdən keçirir. O millət vəkilləri və digər rəsmi şəxslərlə müzakirələrdə Dövlət Departamentinin rəhbəri vəzifəsinə potensial namizədlərin adlarını sıralamağa başlayıb.

Ehtimala görə, bu vəzifəyə ən real namizədlər ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Robert O’Brayen, maliyyə naziri Stiven Mnuçin və Almaniyadakı səfir Riçard Qrenellidir.

Namizədlər sırasında həmçinin Pompeonun birinci müavini Stiven Biqan, ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayn Huk, senatorlar Marko Rubio və Tomas Kotton da var.

Xəbəri paylaş: