“Süpürgə ilə nömrəni çirkləndirirlər ki, radara düşməsinlər” – VİDEO

11.01.2020 Off By admin
Qarın və yağışın yağması nəticəsində küçə və yollarda çirkli su və palçıq yaranır ki, bu da avtomobillərini, ən əsas da dövlət qeydiyyat nişanlarının bulaşmasına səbəb olur. Avtomobillin çirkli olması, sürücünün öz işidir, amma nömrələrin təmizliyini qanun tələb edir.

Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

Sürücü: “Maşınım çirkli olsa da heç bir zaman nömrəni çirkli saxlamıram”

Sürücü: “Maksimum çalışmaq lazımdır ki, maşın da təmiz olsun. Çünki şəhərin də görüntüsü yaxşı olmalıdır. Çirkli maşınlar şəhəri də pis göstərir”

Elməddin Muradlı – Ekspert: “Ara-sıra dayanıb dövlət nömrə nişanın təmiz olmasına nəzarət eləmək lazımdır. Qanunda bunlar hamısı cümlə-cümlə yazılmır ki, neçə kilometrdən bir saxlasın, düşsün nömrəyə baxısın”.

Nömrələrin çirkli qalması, həmin formada idarə edilməsi avtomobilin istismarı qaydalarının pozulması hesab edilir. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyir ki, bəzi hallarda sürücülər bunu qəsdən edir ki, xüsusi texniki vasitələr onların törətdiyi qayda pozuntularını qeydə ala bilməsin.

Kamran Əliyev – BDYPİ-nin şöbə rəisi: “Dövlət qeydiyyat nişının özünün, üstünü digər metdilala, deyək ki, vasitələrlə bağlmasının özü daha ciddi intizam məsuliyyəti nəzərdə tutur. Buna görə də sürücülər hardasa yüngül qəzadan qaçıb, daha ağır cəza ala bilərlər”.

Elməddin Muradlı – Ekspert: “Yenə də bu əməllərdən çıkinməyən sürücülər var. Xüsusən də gecə saatlarında, sutkanın qaranlıq vaxtlarında avtomobilin dövlət qeydiyyat nişanını qəsdən palçıq edirlər. Bəzən də süpürgə ilə onu bulaşdırırlar ki, oxunmaz olsun”.

Qeyd edək ki, hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmamaya görə 40 manat məbləğində cərimə nəzərdə tutulur.

Xəbəri paylaş: