Salyanda mikroavtobus aşdı: Xəsarət alanlar var

10.01.2020 Off By admin

Salyanda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Report xəbər verir ki, hadisə bu gün səhər saatlarında Salyan-Şirvan avtomobil yolunun rayonun Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Qazel” markalı mikroavtobus anidən idarəetmədən çıxıb və yolun kənarına aşıb.

Nəticədə, Sabirabadın Muğan Gəncəli kənd sakinləri, 1971-ci il təvəllüdlü Mirzəyeva Nüşabə Nadir qızı, 1959-cuil təvəllüdlü Quliyev Faiq Yavər oğlu və 1960-cı il təvəllüdlü Hüseynova Dilbər Allahpayı qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: