Səudiyyə Ərəbistanına qar yağıb

12.01.2020 Off By admin

Səudiyyə Ərəbistanının şimalında və İordaniya sərhəddinə yaxın olan Tabuk bölgəsində qar yağıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, yerli mətbuatın yaydığı məlumata görə, ağ örtüyə bürünmüş ölkədə təbiət hadisəsinə qarşı ehtiyat tədbirləri görülüb.

Səudiyyə Ərəbistanı Meteorologiya və Ətraf Mühitin Mühafizəsi Baş İdarəsindən edilən şərhdə deyilir: “Buludlar ölkənin şərq və cənub-qərb dağlıq bölgələrinə doğru hərəkət edir”.

Tabukdakı Mülki Müdafiə Müdirliyi bölgənin şimal hissəsini qar yağması risklərinə qarşı hazır olmağa və hərtərəfli təcili yardım planı hazırlamağa çağırıb. Qurum, həmçinin vətəndaşları çölə çıxmamağa və diqqətli olmağa səsləyib.

Xəbəri paylaş: