Sərt karantin rejimi qaçılmaz ola bilər — TƏBİB

Sərt karantin rejimi qaçılmaz ola bilər — TƏBİB

02.12.2020 Выкл. Автор admin

Hər bir vətəndaşı koronavirusla bağlı qoyulan qaydalara riayət etməyə, diqqətli olmağa çağırıram.

Hakimiyyet.com Trend-ə istinadən bildirir ki, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva bu gün keçirilən brifinqdə deyib. N.Mustafayeva həmçinin 65 yaşdan yuxarı insanları evdən çıxmamağa çağırıb. O qeyd edib ki, virusla bağlı vəziyyətə hər kəs diqqətlə yanaşmalıdır. N.Mustafayeva əlavə edib ki, vəziyyət daha da gərginləşdiyi halda yoluxmaların azaldılması üçün sərt karantin rejiminin tətbiq edilməsi qaçılmaz ola bilər.