Səməd Seyidov: “AŞPA-da böhran hökm sürür”

28.01.2020 Off By admin

“AŞPA-da böhran hökm sürür. Bu gün Assambleyada ilk dəfə 8 ölkədən nümayəndə heyətlərinin səlahiyyətləri ilə bağlı etirazların olduğunu gördük. Bunun da əsas səbəbi üzv dövlətlərin bir-birinə hörmət etməməsi və anlayış göstərməməsidir”.

APA-nın Avropa bürosunun verdiyi xəbərə görə, bu sözləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun qış sessiyasında çıxışında deyib.

O, Ermənistan nümayəndələrinin sessiyanın gedişində çıxışlarında Azərbaycanın ünvanına təhqiramiz fikirlər səsləndirdiyinə diqqət çəkərək, bunun qəbuledilməz olduğunu vurğulayıb.

  1. Seyidov Azərbaycanda keçiriləcək parlament seçkilərinə də toxunaraq, artıq 400-dən çox beynəlxalq müşahidəçilərin qeydiyyatdan keçdiyini bildirib.

O, AŞ üzvü olan ölkələrin nümayəndələrini bir-birinə qarşı daha hörmətli olmağa çağırıb.

Xəbəri paylaş: