Şəkidə avtomobil piyadanı vurub

08.02.2020 Off By admin

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün saat 11 radələrində Şəki şəhər ərazisində baş verib. Belə ki, 1948-ci il təvəllüdlü Nazim Lütvəli oğlu Cəfərov yolu keçmək istəyən zaman minik avtomobili tərəfindən vurulub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan N. Cəfərov Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: