
Səfir Zakari Qross: Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır
04.12.2020Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır.
AZƏRTAC xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross “Twitter” hesabında bildirib.
Səfir qeyd edib ki, bir şey hamıya çox aydın olmalıdır: Fransa hökuməti parlamentinin müstəqilliyini tanıyır, lakin Qarabağın müstəqilliyini tanımır.