Ruslar Aprel savaşı ilə bağlı SİRRİ AÇDI

27.02.2020 Off By admin

Ruslar Aprel savaşı ilə bağlı SİRRİ AÇDI: Ermənistanın bu qədər texnikası MƏHV EDİLİB – VİDEO

 

Ermənistan yumşaq formada desək, mürəkkəb geosiyasi vəziyyətdədir. O, qonşularından yalnız biriylə hansısa münasibətə malikdir.

Axar.az xəbər verir ki, bu sözlər Rusiyanın “Hərbi Sənaye Kuryer” qəzetində dərc olunan məqalədə əksini tapıb.

Məqalədə erməni ordusunun SSRİ ordusunun qalıqlarından yarandığı bildirilib. Belə ki, 90-cı illərdə Ermənistanda SSRİ-nin 3 motoatıcı diviziyasının olduğu, amma bunlardan yalnız 15-ci motoatıcı diviziyanın İrəvana verildiyi qeyd edilib. Bunun sayəsində Ermənistan 1993-cü ildə 77 tank, 150 PDM-i, 39 ZTR, 160 artilleriya sistemi, 3 təyyarə, 13 helikopterə sahiblənib.

Qarabağ müharibəsinin yekunlaşdığı 1994-cü ildə İrəvanın bu savaş ərzində 52 T-72 tankı, 54 PDM, 40 ZTR, 6 minatan, 1 Su-25 təyyarəsi, 2 Mi-24 helikopteri itirdiyi qeyd edilib.

Məqalədə həmçinin 2016-cı ilin aprel döyüşləri zamanı Ermənistan ordusunun 14 T-72 tankı, Azərbaycanın isə 1 T-72 tankı və 1 Mi-24 helikopteri itirdiyini bildirib.

2017-ci ilin mayında isə Azərbaycanın İsrail istehsalı kamikadze PUA-lar vasitəsilə Ermənistanın “Osa” zenit raket kompleksini məhv etdiyi vurğulanıb.

Xəbəri paylaş: