Rusiyada yol qəzasında üç nəfər ölüb, dörd nəfər xəsarət alıb

18.01.2020 Off By admin

Rusiyada üç nəfərin ölümü, dörd nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Krasnodar diyarında yolun buz bağlaması səbəbindən iki avtomobil qarşı qarşıya toqquşub.

“VAZ 2106” markalı avtomobil sürüşkən yolda idarəetmədən çıxaraq əks istiqamətdə hərəkətdə olan “VAZ 2107” markalı avtomobillə toqquşub.

Xəbəri paylaş: