Rusiya hökuməti ABŞ sisteminə keçir

16.01.2020 Off By admin

Rusiyanın Baş naziri Dmitri Medvedev 2019-cu ilin sonunda Rusiyanın siyasi sistemində islahatlar planlaşdırıbmış.

Bu barədə “Kommersant” qəzeti məlumat yayıb.

Bildirilir ki, planlaşdırılan islahatlara prezident və icraedici hakimiyyətin birləşməsi daxildir. Bu halda prezident icraedici orqanın rəhbəri olur. Belə bir sxem hazırda ABŞ-da mövcuddur.

Xatırladaq ki, dünən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin hökumətin istefası haqqında fərman imzalayıb. Sənəd imzalandığı gündən – 15 yanvar 2020-ci il tarixindən qüvvəyə minir.

Müvəqqəti olaraq Baş nazir vəzifəsinin icrası Dmitri Medvedevə tapşırılıb.

Xəbəri paylaş: