Rövşən Rzayev: “İlk növbədə mənzillərlə sosial vəziyyəti ağır olan qaçqınlar təmin olunacaq”

26.02.2020 Off By admin

İlk növbədə mənzillərlə sosial vəziyyəti ağır olan, çətin şəraitdə yaşayan qaçqınlar  təmin olunacaq.

APA-nın məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.

Onun sözlərinə görə, bu işlər mərhələli şəkildə həyata keçiriləcək.

“Bakıda 24 minədək ağır şəraitdə yaşayan ailə mövcuddur. Onlar məktəblər, bağçalar, yarımtikililər, yataqxanalar, pansionatlarda yaşayırlar”, – deyə R. Rzayev qeyd edib.

Qeyd edək ki, cari ilin sonunadək Abşeron rayonunda 7 min ailəlik “Qobu-3” yaşayış kompleksi tikiləcək.

Xəbəri paylaş: