Roma Papası da xəstələndi – Koronavirus katolikləri təşvişə salıb

28.02.2020 Off By admin

Roma Papası Fransisk bu günə nəzərdə tutulan messanı təxirə salıb.

Bu barədə Vadikanın mətbuat xidməti məlumat verib. Buna səbəb kimi Roma Papasının özünü yaxşı hiss etməməsi göstərilib.

Pontifikin nədən əziyyət çəkdiyi barədə məlumat verilmir.
Bu xəbər katolikləri təşvişə salıb..

Çünki İtaliyada artıq bir neçə müddətdir ki koronavirusa görə panika müşahidə olunur.

Ölkədə artıq 528 nəfər bu xəstəliyə yoluxub.

Onlardan 14 nəfəri dünyasını dəyişib, 35 nəfəri isə kritik vəziyyətdədir.

Xəbəri paylaş: