“Real” La Liqada liderliyi ələ keçirib

27.01.2020 Off By admin

İspaniya La Liqasında XXI turun oyunları başa çatıb.

Apasport.az saytının məlumatına görə, son gündə 5 görüş keçirilib.

Günün ilk 3 matçında ümumilikdə 1 qol qeydə alınıb. İki oyun qolsuz bərabərliklə başa çatıb ki, onlardan birində “Atletiko” öz meydanında “Leqanes”in müqavimətini qıra bilməyərək xal itirib.

“Barselona”nın bir gün əvvəl məğlub olması “Real”a vahid liderliyə yüksəlmək imkanı verib. Naçonun 78-ci dəqiqədə vurduğu qol oyunda yeganə olub və “Real” liderliyi ələ keçirib.

İspaniya La Liqası
XXI tur
26 yanvar
“Atletiko” – “Leqanes” – 0:0
“Selta” – “Eybar” – 0:0
“Xetafe” – “Betis” – 1:0

Anxel, 89 (pen.)
“Real Sosyedad” – “Malyorka” – 3:0
İsak, 46; Qames, 58 (avtoqol); Portu, 81
“Valyadolid” – “Real” – 0:1
Naço, 78

1  Real 21 13 7 1 39-13 46
2  Barselona 21 13 4 4 50-25 43
3  Sevilya 21 11 5 5 27-20 38
4  Atletiko 21 9 9 3 22-14 36
5  Xetafe 21 10 6 5 30-20 36
6  Real Sosyedad 21 10 4 7 36-28 34
7  Valensiya 21 9 7 5 32-29 34
8  Vilyarreal 21 9 4 8 36-29 31
9  Atletik 21 7 10 4 22-15 31
10  Osasuna 21 6 10 5 28-25 28
11  Qranada 21 8 3 10 25-28 27
12  Betis 21 7 6 8 29-33 27
13  Levante 21 8 2 11 26-32 26
14  Alaves 21 6 5 10 22-31 23
15  Eybar 21 6 5 10 20-29 23
16  Valyadolid 21 4 10 7 17-24 22
17  Malyorka 21 5 3 13 22-37 18
18  Selta 21 3 8 10 17-30 17
19  Leqanes 21 3 6 12 16-33 15
20  Espanyol 21 3 6 12 17-38 15

Xəbəri paylaş: