Ramzan Kadırovdan generalın öldürülməsinə reaksiya

05.01.2020 Off By admin

Çeçenistan rəhbəri Ramzan Kadırov, Telegram kanalında İran generalı Qassım Süleymaninin ABŞ hərbçiləri tərəfindən öldürülməsini şərh edərək, belə bir hərəkətin mümkün gözlənilməz nəticələri barədə xəbərdarlıq edib.

Bizimyol.info xəbər verir ki, Ramzan Kadırov generalın ölümü ilə bağlı Amerika hökümətinə qarşı kəskin mövqe bildirib: “ABŞ-ın hərəkətləri Yaxın Şərqdə gözlənilməz nəticələrə səbəb ola bilər. Heç kəs bu hadisəyə laqeyd qala bilməz”.

Bu cür narahatlıq dolu fikirlər Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri və Kremlin digər rəsmiləri tərəfindən də səsləndirilib.

Qeyd edək ki, Quds komandiri, general Qassım Süleymani və daha 10 nəfər, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusunun zabitləri və İraqın şiə hərbçilərinin başçıları, Bağdad hava limanı ərazisindəki ABŞ-ın raket hücumu nəticəsində bir gün əvvəl öldürülüb. Hücuma ABŞ Prezidenti Donald Trumpın icazə verdiyi təsdiqlənib.

Xəbəri paylaş: