Rəcəb Tayyib Ərdoğan: Qarabağdakı 30 illik ədalətsizliyə son qoyuldu

Rəcəb Tayyib Ərdoğan: Qarabağdakı 30 illik ədalətsizliyə son qoyuldu

25.11.2020 Выкл. Автор admin

Qarabağdakı 30 illik ədalətsizliyə son qoyuldu. Ölkəmizin dəstəyi sayəsində Azərbaycan torpağı olan Qarabağda erməni işğalı sona çatıb, uzunmüddətli sülhə ümidlər ilk dəfə olaraq artıb. Qarabağda Azərbaycan bayrağı dalğalanmağa başlayıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri hakim Ədalət və İnkişaf Partiyasının sədri, Prezident Rəcəb Tayyib Ərdoğan partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında ifadə edib.

Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli barədə mövqeyinin dəyişməz olduğunu, bu məsələ ilə bağlı həyata keçirilən tədbirlərdən, bu istiqamətdə dövlət başçıları ilə davamlı təmaslarından bəhs edən Prezident Rəcəb Tayyib Ərdoğan təəssüflə bildirib ki, Minsk qrupunun bəzi həmsədr ölkələri açıq şəkildə Ermənistanın işğalçılıq siyasətinə dəstək verib. Qazanılan hərbi zəfər sayəsində artıq Kəlbəcər rayonunun da Azərbaycana qaytarıldığını vurğulayan dövlət başçısı bildirib ki, azərbaycanlı məcburi köçkünlərin öz yurdlarına dönməsi ədalətin bərpasıdır.

Türkiyə Prezidenti çıxışında gündəlikdəki digər məsələlər, o cümlədən ölkədə həyata keçirilən islahatlar, koronavirus pandemiyası ilə mübarizə tədbirləri, infeksiyaya qarşı yerli istehsal olan peyvəndin hazırlanması işləri barədə geniş məlumat verib.