Qazaxıstanlı nazir Muxtar Tleuberdi: Fəxri prezident statusu ilə bağlı Əsasnamə qəbul ediləcək

06.02.2020 Off By admin

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə Nursultan Nazarbayevə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Fəxri prezidenti statusu verilmişdi. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasında Fəxri prezidentlə bağlı Əsasnamənin təsdiq edilməsi qərarına gəldik.

AZƏRTAC xəbər verir ki, bu fikri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər nazirləri Şurasının növbədənkənar iclasından sonra jurnalistlərə açıqlamasında Qazaxıstanın Xarici İşlər naziri Muxtar Tleuberdi bildirib.

Nazir qeyd edib ki, bugünkü iclasda üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə edildi. Eyni zamanda, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ilə əməkdaşlıq etmək istəyən ölkələrlə bağlı məsələ diqqətdə saxlanıldı.

Xəbəri paylaş: