Qazaxıstanda təyyarə qəzası nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

27.12.2019 Off By admin

Qazaxıstanda baş vermiş təyyarə qəzası nəticəsində ölənlərin sayı artaraq 14 nəfərə çatıb, daha 35 nəfər xəsarət alıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Almatı şəhər rəhbərliyindən bildirilib.

“Uşaq Təcili Tibbi Yardım Mərkəzinə 8 uşaq travma ilə şüurlu vəziyyətdə çatdırılıb. Travma ilə daha 5 yetkin insan xəstəxanaya çatdırılıb. 4 nömrəli Klinik Xəstəxanaya 17 xəstə son dərəcə ağır vəziyyətdə qəbul olunub. 14 nəfər hadisə yerində ölüb”, – deyə məlumatda qeyd olunur.

Aviaşirkətin internet saytındakı məlumata görə, ehtiyatında olan təyyarələr ortamənzilli “Fokker 100” tipli sərnişin təyyarələridir. Qəzanın səbəbləri dəqiqləşdirilənə qədər bu tip təyyarələrin uçuşları müvəqqəti olaraq dayandırılıb.

***

Saat 08:08

Qazaxıstanın “Bek Air” aviaşirkətinə məxsus “Fokker 100” tipli sərnişin təyyarəsi Almatı Hava Limanı yaxınlığında qəzaya uğrayıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 9 nəfər həlak olub.

95 sərnişin və 5 ekipaj üzvünün olduğu təyyarə Almatıdan Nur-Sultan istiqamətində uçurmuş. Hadisənin baş vermə səbəbi hələ açıqlanmayıb.

İlkin ehtimal olaraq bildirilib ki, təyyarə havaya qalxarkən hündürlüyü itirib və beton hasarın arasından keçib. İkimərtəbəli bina ilə toqquşma olub. Dərhal xilasetmə işlərinə başlanılıb, yanğın baş verməyib. İlkin məlumata görə, 9 nəfər ölüb, daha 9 nəfər yaralanıb.

Qazaxıstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Komitəsinin məlumatına görə, xəsarət alanlar arasında 6 uşaq da var.

Xəbəri paylaş: