Qazaxıstanda fövqəladə vəziyyət

10.02.2020 Off By admin

Qazaxıstanın cənubunda baş vermiş kütləvi iğtişaşlar zamanı Jambıl vilayətinin akimi (qubernatoru) ərazidə fövqəladə vəziyyət elan edib.

Jambıl bölgəsində hadisələrin fəsadlarının aradan qaldırılması üçün hökumət komissiyasının rəhbəri, ölkənin Baş nazirin müavini Berdibek Saparbayev bölgəyə gəlib.

Araşdırmaların aparıldığını, əhaliyə dəyən ziyanın qanun çərçivəsində hökumət tərəfindən ödəniləcəyini deyən B.Saparbayev günahkarların cəzalandırılacağını, bütün zərərçəkənlərə lazımi tibbi və digər yardımın göstəriləcəyini bildirib. Qeyd edib ki, indi əsas məsələ bölgədə sabitliyin təmin olunmasıdır.

Xatırladaq ki, Qazaxıstanın cənubunda, Jambıl vilayətinin Korday kəndində kütləvi dava düşüb. İğtişaşlar nəticəsində 10 nəfər həlak olub. Həmçinin 50 nəfər yaralanıb və daha 50 nəfər saxlanılıb. Hadisələrin gedişində 25 fərdi evə, 31 kommersiya obyektinə və 41 avtomobilə ziyan dəyib.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Jambıl

Xəbəri paylaş: