Qanunsuz yolla əldə edilmiş meşə materialları aşkar edilib

10.02.2020 Off By admin

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları qanunsuz yolla əldə edilmiş meşə materialları aşkar ediblər.

Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lerik rayonunun Haran kəndi yaxınlığında meşə materialının daşındığı barədə məlumat daxil olub.

Nazirliyin yerli qurumlarının əməkdaşları tərəfindən fevralın 8-də səhər saat 6 radələrində “Ural” markalı 43-BB-223 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində qanunsuz yolla əldə edilmiş 3,5 kubmetr fısdıq cinsli işlik meşə materialı aşkar edilib və avtomobilin sahibi Aslan Cəbiyev barəsində akt tərtib olunub.

Hazırda faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: