“Qalatasaray” qələbəni son dəqiqədə əldən verdi

15.12.2019 Off By admin

Futbol üzrə Türkiyə Super Liqasında 15-ci turun oyunları davam edir.

Oxu.Az xəbər verir ki, şənbə günü daha üç görüş baş tutub.

“Qalatasaray” bu turda “Ankaragücü”nü qəbul edib. 87 dəqiqə iki qol fərqi ilə öndə olan istanbullular son dəqiqələrdə buraxdığı qollarla oyundan bərabərliklə ayrılıb.

“Rizəspor” doğma meydanda “Kasımpaşa”ya böyük hesabla uduzub.

“Gənclərbirliyi” “Göztəpə”ni məğlub yola salıb.

Türkiyə Super Liqası 

15-ci tur 

13 dekabr 

“Alanyaspor” – “Antalyaspor” – 0:0 

14 dekabr 

“Rizəspor” – “Kasımpaşa” – 0:3
Qollar:
 Koyta, 17; 26. A.Kara, 90+1.

“Gənclərbirliyi” – “Göztəpə” – 3:1
Qollar:
 Stanku, 29; 67. Sio, 36 – Uolles, 34.

“Qalatasaray” – “Ankaragücü” – 2:2
Qollar:
 Fequli, 53. Belhanda, 83-pen – İ.Parlak, 87-pen. Kitsiu, 90+1.

 

Xəbəri paylaş: