Qadın sürücü sərxoş vəziyyətdə qəza törətdi

30.12.2019 Off By admin

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hadisə Yüsif Səfərov küçəsində baş verib.

Hərəkətdə olan “Kia” markalı avtomobilin sürücüsü Qasımova Heyranə idarəetməni itirərək yol kənarında dayanmış VAZ 2107 markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində “Jiquli”də olan bir nəfər şəxs xəsarət alıb. Xanım sürücü isə yol polis əməkdaşları tərəfindən alkoqol sərxoşluğunu təyinetmə məntəqəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: