Putin Lukaşenkoya: “Dadına baxın, bəyənəcəksiniz”

08.02.2020 Off By admin

Belarus prezidenti Aleksandr Lukaşenko həmkarı Vladimir Putinlə görüş zamanı Soçidə məskunlaşdığı iqamətgahın ərazisinə qarın yağmamasından şikayət edib.

Life.ru məlumat verir ki, Vladimir Putin Belarus prezidentini rəsmi nümayəndə heyətlərini qəbul etdiyi evdə qarşılayıb. Belarus prezidenti bu ərazidə qış fəslinin hiss olduğunu qeyd edib.

Daha sonra iki ölkənin lideri rəsmi səhər yeməyində iştirak edib. Vladimir Putin həmkarına sıyıq yeməyi təklif edərək “Dadına baxın, bəyənəksiniz” deyərək gülümsəyib.

Qeyd edək ki, görüşdə əsas müzakirə mövzusu Belarusun Rusiyadan aldığı neftin qiymətidir. Belarus Rusiyadan nefti endirimlə almaq istəyir, lakin Rusiya şirkətləri buna razı deyil.

 

Xəbəri paylaş: